Oktyabrın 9-u, 2024-cü il tarixində, şirkətimizin 5 illik yubileyi münasibətilə Abşeron Marriott Hotel-də xüsusi və əlamətdar bir tədbir təşkil etdik. Bu mühüm gündə, həm öz məhsullarımızın təqdimatını geniş auditoriyaya təqdim etdik, həm də çalışdığımız şirkətlərlə daha sıx və səmimi ünsiyyət qurma fürsətindən istifadə etdik. Bu cür yaxın təmaslar, əməkdaşlıq imkanlarını daha da möhkəmləndirərək, işgüzar əlaqələrimizin inkişafına təkan verdi.
Tədbirdə, Azərbaycanın tanınmış müğənnisi Lalə Məmmədova iştirakçılara gözəl musiqi anları bəxş etdi. Müğənninin çıxışı tədbirə özünəməxsus rəng qatdı və iştirakçıların əhval-ruhiyyəsini yüksəltdi. Bununla yanaşı, tədbirimizdə interaktiv oyunlar təşkil olundu. Oyunlar vasitəsilə qonaqlar həm əylənərək, həm də bir-biriləri ilə daha yaxından tanış oldular.
Ən maraqlı və yaddaqalan anlardan biri, lotereya yolu ilə keçirilən pulsuz 3 aviabiletin hədiyyə olunması oldu. Qaliblər, bu biletləri qazanaraq, xarici ölkələrə səyahət etmək fürsətini əldə etdilər. Bu, tədbirə əlavə bir həyəcan qatdı və iştirakçılar arasında böyük marağa səbəb oldu.
Tədbirimiz, sadəcə bir yubiley deyil, həm də şirkətimizin ötən 5 ildə əldə etdiyi uğurları qeyd etmək və gələcəkdəki nailiyyətlər üçün motivasiya yaratmaq baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu gün, həm işgüzar əlaqələrimizi möhkəmləndirərək, həm də əyləncəli anlar yaşayaraq, gələcəyə daha inamlı addımlar atmağa başladıq.








