Müxtəlif sahələrdə iş təcrübəsi olan peşəkar mütəxəssizlər öz CV-lərini S.I.G.N  LTD  şirkətinin İnsan Resursları şöbəsinə göndərə bilərlər. Bununla bərabər öz karyerasını yeni başlayanlar da şirkətimiz üçün maraq kəsb edir. CV-lərinizi hr@signltd.az elektron ünvanına göndərə bilərsiniz. Bütün daxil olan CV-lər diqqətlə təhlil olunaraq qiymətləndiriləcək. Biz sizi öz bilik və bacarığınızı əsirgəmədən tətbiq etməyə dəvət edirik. Sizi öz komandamızda görməyə həmişə şadıq.


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Vəzifə: Satış Təmsilçisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 1 il
Təhsil: Ali və ya Orta
Yaş həddi: 25 və ya üzəri  

İş haqqında məlumat:

- Şirkətlərlə telefon danışıqlarının aparılması;
- Müştərilərlə telefonla və fərdi görüşlərin təşkil edilməsi;
- Şirkət tərəfindən satılan məhsullar haqqında müştərilərə məlumat vermək;
- Satışların həyata keçirilməsi;
- Yeni müştərilər araşdırmaq;
- Müştəri sorğularının qəbulu və zamanında cavablandırılmasını həyata keçirmək.

- Əmək Haqqı: Müsahibə əsasında

- İş Qrafiki: 5 günlük iş həftəsi
- Iş rejimi: 09:00 – 17:00
- İstirahət günü: Şənbə, bazar günləri

Tələblər :

- Cins: Bəy, Xanım namizədlər;
- Azərbaycan dili mükəmməl,Rus dili,İngilis dili bilməsi arzu olunandır.
- Təqdimat və satış bacarığına malik olmaq;
- Bazar araşdırmasını bilməli;

-Komandada işləmək bacarığı olmalı;

-Əla ünsiyyət qura bilmək bacarığı.

 

Qeyd olunan tələblərə uyğun namizədlər CVlərini hr@signltd.az elektron ünvanına  mövzu hissəsində “Satış Təmsilçisi”  qeyd etməklə göndərə bilərlərlər.